Təbiət

Alazan vdisinin və Alazan çayının gözəlliyi haqqında Avar dillində çox nəğmələr qoşulmuşdur. Yaşıllığın bolluğu bu bölgənin mənzərəsinin ayrılmaz cəhətlərindən biridir. Bu son dərəcə gözəl diyarın meşələrinin, dağlarının vəhşi və coşqun təbiəti insanı heyran edir. Alazan vadisinin, demək olar ki, bütün çayları Qafqazın qarlı dağ silsilələrindən başlayır və Alazan çayına doğru axaraq Alazan vadisinin ərazisini bol su ilə təmin edir. Bu çaylarda çoxlu alabalıq, qızılbalıq, bəzən isə çökə balığı da olur.

Meşələrdə palıd, fıstıq, ağcaqayın, çinar, qarağac, şabalıd, qoz, yalançıçinar, göyrüş, cökə, qovaq, söyüd və bir çox müxtəlif növlü kollar bitir. Ağaclar arasında gümüşü rəngli, şırıltılı bulaqlar gözə çarpır, uzaqdan isə dağ sellərinin gurultusu eşidilir. Meşələrdə kollar arasında çoxlu göbələklər (onlardan çoxu zəhərlidir) olur, bəzən şampinyonlara, dağlarda isə ağ göbələklərə də rast gəlinir.

Bağlarda üzüm, əncir, zoğal, heyva, nar, armud, alma, gilas, gavalı, ərik, şaftalı, xurma və digər giləmeyvə və meyvələr yetişir.

Burada meşələr cəh-cəh vuran quşlarla, qırqovullarla, toyuqlarla, vəhşi göyərçinlərlə və ördəklərlə zəngindir. Bu yerlərdə leyləklər dolaşır, çalağan və qırğılar şığıyırlar. Heyvanlardan çaqqallar, tülkülər, vəhşi pişiklər, bəbirlər, vaşaqlar, ayılar, canavarlar, qabanlar, vəhşi keçilər, marallar, dağ keçiləri,

dələlər, dovşanlar, yarasalar və b. var. Həmçinin, bu yerlərdə suilanları və zəhərli

ilanların bəzi növləri vardır. Dənli bitkilərdən burada buğda, arpa, darı, qarğıdalı yetişir. Bu diyarda nağıllardakı kimi təbiət və gözəl iqlim var. adisinin və Alazan çayının gözəlliyi haqqında Avar dillində çox nəğmələr qoşulmuşdur. Yaşıllığın bolluğu bu bölgənin mənzərəsinin ayrılmaz cəhətlərindən biridir. Bu son dərəcə gözəl diyarın meşələrinin, dağlarının vəhşi və coşqun təbiəti insanı heyran edir. Alazan vadisinin, demək olar ki, bütün çayları Qafqazın qarlı dağ silsilələrindən başlayır və Alazan çayına doğru axaraq Alazan vadisinin ərazisini bol su ilə təmin edir. Bu çaylarda çoxlu alabalıq, qızılbalıq, bəzən isə çökə balığı da olur.

Meşələrdə palıd, fıstıq, ağcaqayın, çinar, qarağac, şabalıd, qoz, yalançıçinar, göyrüş, cökə, qovaq, söyüd və bir çox müxtəlif növlü kollar bitir. Ağaclar arasında gümüşü rəngli, şırıltılı bulaqlar gözə çarpır, uzaqdan isə dağ sellərinin gurultusu eşidilir. Meşələrdə kollar arasında çoxlu göbələklər (onlardan çoxu zəhərlidir) olur, bəzən şampinyonlara, dağlarda isə ağ göbələklərə də rast gəlinir.

Bağlarda üzüm, əncir, zoğal, heyva, nar, armud, alma, gilas, gavalı, ərik, şaftalı, xurma və digər giləmeyvə və meyvələr yetişir.

Burada meşələr cəh-cəh vuran quşlarla, qırqovullarla, toyuqlarla, vəhşi göyərçinlərlə və ördəklərlə zəngindir. Bu yerlərdə leyləklər dolaşır, çalağan və qırğılar şığıyırlar. Heyvanlardan çaqqallar, tülkülər, vəhşi pişiklər, bəbirlər, vaşaqlar, ayılar, canavarlar, qabanlar, vəhşi keçilər, marallar, dağ keçiləri,

dələlər, dovşanlar, yarasalar və b. var. Həmçinin, bu yerlərdə suilanları və zəhərli

ilanların bəzi növləri vardır. Dənli bitkilərdən burada buğda, arpa, darı, qarğıdalı yetişir. Bu diyarda nağıllardakı kimi təbiət və gözəl iqlim var.

 

Поделиться