Geyim və bəzək əşyaları

 

Сar-Balakən avarlarının qadınları müxtəlif bahalı bəzəkləri sevirdilər. Zəngin ailələrdən olan qadınlar taftadan, qızıl saplarla tikilmiş ipəkdən, kətandan tikilmiş paltarlar geyərdilər. Bir çox qadınlar çitdən, nankadan (adətən sarı rəngli qalın və kobud pambıq parça), ağ və rəngli bezdən və digər ucuz parçalardan paltarlar geyərdilər, baş örtüklərindən isə, əsasən, ləçək-papaqlardan istifadə edərdilər. Gənc qadınlar, bir qayda olaraq, nazik örtüyün və ya örpəyin üstündən “dunça” və ya “qiqq`in” taxardılar. Tacı yalnız ərli qadınlar taxardılar, qızlar isə baş örtüyü və ya hörük üçün ləçəklər örtərdilər.

Kişilərin dəbdəbəli geyiminə çərkəzi paltar və burtni (kürk) aiddir. Başlarına qoyun dərisindən papaq qoyardılar. Avarın ayaqqabısı dəri çəkmələrdən və ya çarıqdan ibarət idi. Qadınlar eyni ayaqqabı geyinirdilər: naxışlı yun corablar və ucu buruq dəri başmaqlar. Bayramsayağı qadın geyimi qızıl işləmələrlə tikilirdi, ustalar onun üzərinə nüxtəlif əlavələr, sancaqlar, düymələr, broşlar və istənilən cür kombinə edilmiş bəzəklər vururdular: sinə üstünə tikilən paltar üçün ilgəklər və ya asma-bəzəklər; kəmər boyu, ətək boyu, qolun içəri tikişi boyu (onlar rəqs zamanı görünürdülər) tikilən xırda zəncirlərdə asmalar; örpəyin saxlanması və ya bərkidilməsi üçün uclarında bəndəmləri və asma bəzəkləri olan gümüş haşiyələr və ya enli zəncirlər; baş örtüyünə tikilən bəzəklər; hörüklər üçün xüsusi tutqaclar; kəmər üçün qızılı əlavə - цапиял (önlük üçün ilgək) və s. Qadın önlükləri (карахьуни) və bayramsayağı şalvarların ətəkləri gümüş sikkələrlə və şəbəkəli torlarla bəzədilərdilər. Onları da rəngbərəng saplarla tikilərdilər və ya qızılı lentlə haşiyələnərdi. Mütləq bir bəzək kimi gümüşlə uyğunlaşdırılmış daşlarla bəzədilmiş kəmərlər hesab olunurdu: taxta kəmər (halqalarla birləşdirilmiş gümüş kəmərlər); tavat kəmər (toqqalı və asma bəzəkli güləbətinli kəmərlər; gümüş bəzəklərlə və sancaqlarla dəri kəmərlər). Bəzəklərdə əsasən, yarımqiymətli və ya sadə daşlardan istifadə olunurdu. Nadir hallarda qiymətli daşlardan istifadə olunurdu. Çoxsaylı gümüş bəzəklər içərisində sinəüstü bəzəyi – kerenseri də, müxtəlif bilərzikləri – kurkini, sırğaları, üzükləri də qeyd etmək olar; üzüklərdən, bilərzikdən və oymaqdan ibarət zəncirlərlə birləşdirilmiş kombinə edilmiş bəzəklərə də rast gəlinir. Baş bəzəklərinə xüsusi diqqət yetirilirdi, onlar alın-təpə, gicgah və buxaq növlərinə ayrılırdılar. Örpəyin saxlanması və ya bərkidilməsi üçün asma bəzəkləri və və hər iki tərəfi ndə ilgəkləri olan gümüş haşiyələrdən və ya enli zəncirlərdən istifadə olunurdu. Hörüklər üçün xüsusi tutqaclar vardı, bəzəklər tikilmiş örtüklər və örpəklər və ya öz aralarında sıx birləşdirilmiş xırda gümüş tirlər (dunça) olan örpəklər. Örpəklərin üzərində kombinə edilmiş bəzəklər çox dəbdə olmuşdur, bunlar alında, təpədə və ya gicgahda birləşən zəncirlərdən asılmış asma bəzəklərdən ibarət idilər. Örpəklərin üzərinə həm də bu kombinə edilmiş bəzəklərə oxşayan gümüş taclar (кьикъкъин) qoyulurdu. Bu zərgərlik məmulatlarının hazırlanmasında filiqrandan, zərdən, minadan, qara minadan və gümüş emalının digər növlərindən istifadə olunurdu.

Поделиться