Avar xalqının tarixi öz kökləri ilə uzaq və qədim keçmişə gedib çıxır. Mənbələrin (Strabon və Plutarx) verdiyi məlumata görə, avarlar Qafqaz Albaniyası dövlətindəki 26 qəbilədən biri olmuşlar. Bu xalq döyüşkən ruhu, azadlıq və ədalət sevgisi ilə seçilmişdir.
Əsrlər keçdi, şahlıqlar və hökmdarlar bir-birini əvəz etdi, dinlər və dövlət sərhədləri dəyişildi, avarlar isə Alazan vadisində yaşamağa davam edərək, özlərinin heyrətamiz mədəniyyətini, dilini və adət-ənənələrini qayğı ilə qoruyub saxladılar. Alazan vadisinin avarları avar dilinin dialektlərindən birində danışırlar. Bu dil nax-dağıstan dilləri ailəsinə aiddir və zəngin ədəbi irsi olan uzun bir tarixə malikdir.
Alazan vadisinin avarlarının Alazan çayının sahillərində tarixən yaşamışlar. Yalnız XIX əsrdə baş vermiş amansız və qanlı döyüşlərdən sonra o, Rusiya imperiyası tərəfindən süquta uğradılmışdır.
Fransız kəşfiyyatının məlumatına görə, XIX əsrin əvvəllərində Car-Balakəndə 28 minə yaxın, XIX əsrin 80-ci illərinin ortalarında isə 40 minə yaxın avar yaşamışdır. Lakin silahlı qiyamlarda iştirak etdiklərinə görə çar Rusiyasının avarlara qarşı
apardığı siyasəti nəticəsində, bölgədə avardilli əhalinin sayı bir qədər azalmışdır. Bəzi Avarlar Osmanlı İmperiyasının hüdudlarına miqrasiya etdilər. Türkiyədə, İordaniyada və digər ölkələrdə XIX əsrdə qürbətə getmiş avarların nəsillərinə hələ də rast gəlmək mümkündür. Hal-hazırda Alazan vadisinin avarları Azərbaycan Respublikasının Zaqatala və Balakən şəhərlərində və ətraf kəndlərdə, Alazan çayının sağ sahillərində Gürcüstan Respublikası ərazisində, Rusiya Federasiyasının Dağıstan Respublikasında və digər ərazilərdə yaşayırlar.
Tarix boyu avarlar çox döyüşməli olublar. Hətta müasir dövrdə də onlar özlərinin döyüş ruhları ilə məşhurdurlar. Bu, onunla təsdiqlənir ki, onların arasında xeyli sayda yaxşı idmançı və güləşin müxtəlif növləri üzrə güləşçilər vardır.
Bu xalq, maldarlıqla, başlıca olaraq, əkinçiliklə (çovdar, buğda, darı, qarğıdalı, düyü,
arpa, paxlalı bitkilər), bağçılıqla (alma, qoz-fındıq, zoğal, şaftalı, ərik, alça, gilas, üzüm), ipəkçiliklə, həmçinin kustar istehsalı ilə (yun parçalar, palazlar, xalçalar, çuvallar, keçə məhsullar) məşğul olublar. Avarların ictimai həyatı qarşılıqlı yardım, qonaqpərvərlik və qan intiqamı adətləri ilə tənzim edilmişdir. Böyüklərə hörmət, adətlərə ciddi riayət olunması davranış norması hesab olunmuşdur. İctimai rəy təhrikedici qüvvə kimi çıxış edirdi.