Tarixi abidələr

Zaqatala-Balakən bölgəsi tarixi abidələrlə zəngindir. Mərkəzi Car məscidinin yaxınlığında bu torpaqlarda yaşayan, çalışan və mübarizə aparan görkəmli şəxslər dəfn olunublar: Avarların nusalı Böyük Ummaxan, alimlərdən Davud əfəndi, Yuxarı Çardaxlar kəndindən olan Kahav Kahayev. Bu bölkənin çıxışında məşhur naib Hacı Muradın qəbri, Qoloda qəbirstanlığında Molla Məhəmməd Qolodinskinin  qəbri yerləşir. Yerli sakinlər tez-tez bu yerləri ziyarət edirlər, çünki bu qəbirlərdə yatanlar öz qüvvələrini və həyatlarını əsirgəməyərək bu yerlərin keçmiş əzəmətinin özünəməxsus şəkildə qoruyan şəxslər olublar.

Yuxarı Çardaxlar (avar dilində Exedi Çurdux) kəndində isə, Xangil dağının cənub tərəfdən qayalı yamacında Pəri qala adlanan bir abidə var. Bu, yarımqövsi tağı olan iki divar oyuğudur, qayanın içində olan qurbangahın iki darvazası şəklində yerinə yetirilmişdir. Tağın fasadına açıq rəngli daşlardan üzlük çəkilmişdir, bir zamanlar yanlardan onu merlanlar əhatəyə almışdılar. Darvazalara tərəf pilləkən gedir, o, qayalı ətəklərdən başlayaraq əvvəlcə açıq səma altında, sonra isə 200 metrə yaxın hündürlüyü olan qayaya tikilmiş qüllənin içi ilə davam edir. Bu yerlərdə alban xristian məbədlərinin qalıqları da qalmaqdadır. Avtomagistral boyunca dağ yamaclarında qala divarlarına, tənha qüllələrə, tərk edilmiş müsəlman qəbiristanlıqlarına, müdafiə istehkamlarının dağıntılarına çox rast gəlinir. Onlar keçmiş zamanlarda bu zəngin diyarı talan edən qanlı döyüşləri, aramsız müharibələri yada salır. O zamanlarda hamı, bəzən qadınlar da öz ömürlərini döyüş silahı ilə keçirməli olurdular.

Bölgənin digər böyük tarixi mirası “Uzun Zaqatala divarı”dır, onun qalıqları bu günə qədər, demək olar ki, bütün Alazan vadisi boyunca hissə-hissə uzanıb gedir. Deyilənlərə görə, o, yadellilərin mütəmadi hücumlarına qarşı dağlıların müdafiə istehkamı olmuşdur. Demək olar ki, hər kənddə yüzilliklər öncə tikilmiş məscidlər vardır.

Поделиться